Elman Rüstəmov bu şikayətə nədən reaksiya vermir ki?
Tarix: 30-09-2015, 09:53 |
Çap et
Bərdə sakini Oruc Hacıyev Milli Bankın sədri Elman Rüstəmova müraciət edib. Vertikal.az xəbər verir ki, şikayət məktubunda ”Mol Bulaq” MMC-də baş verənlərdən bəhs olunub.
Şikayət məktubunda deyilir: “Məmmədov Nicat Musa oğlunun 03.06.2015-ci ildə ”Mol Bulaq” Bank Olmayan Kredit Təşkilatı MMC-nin Bərdə filialina müdir gəlişindən sonra, mənə və filialın digər işçilərinə qarşı aqressiv davranışlar edərək, özü ilə gətirdiyi və ona qohum olan işçilərdən başqa, filialın bütün əməkdaşlarını sıxışdırmağa başladı.
Filialın beş əməkdaşı bütün bu olanları ərizələrində qeyd edərək işdən azad olmaqları üçün ona müraciət etmiş və işdən azad olunublar. Həmin beş nəfərdən biri də mənəm. Ona etdiyim müraciətimdən sonra əmək məcəlləsinin 68.a bəndi ilə işdən azad olunmuşam.
“Mol Bulaq ” BOKT MMC-nin rəhbərliyinə açıq- aydın göstərmişəm ki, filialın müdiri Nicat Məmmədov qərəzli və qeyri-obyektiv tələb və təzyiqlər göstərərək məni işdən çıxmağa məcbur etmişdi.
Əmək məcəlləsinin 69 maddəsinin 7-ci bəndində mənə qarşı olunanlar qadağan olunduğu üçün, filial müdiri Nicat Məmmədovun mənə qarşı törətdiyi cinayəti ört-basdır etmək istəyib.
Belə ki, “Mol Bulaq” BOKT MMC-nin baş ofisinin rəhbəri Eldar Cəfərov məni əmək məcəlləsinin 68.a bəndi ilə (yəni könüllü əmək müqaviləsini pozmaq) işdən azad olunmağıma dair tapşırıq vermişdi. Bu, həmin Eldar Cəfərovdur ki, bir neçə il bundan qabaq “Kred Aqronun” rəhbəri işləyən zaman dövlətin milyonlarla pulunu mənimsəyib.
Prezidentimiz İlham Əliyev cənablarına, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralov cənablarına müraciətlərimdən sonra, “Mol Bulaq” BOKT MMC-nin baş ofisinə dəvət edildim. Mənə sərt şəkildə dedilər ki, bu məzmunlu şikayətlərimi davam etdirsəm mənim üçün yaxşı olmayacaq”.