Qobustan həbsxanasında kamera alveri
Tarix: 7-09-2015, 09:55 | Çap et
Qobustan həbsxanasında kamera alveri
Azərbaycanda dövlət müəssisəsinin əməkdaşları jurnalistlərlə əməkdaşlıq etməkdən qaçırlar. Ən “qapalı” müəssisələrdən biri də ömürlük dustaqların qaldığı Qobustan həbsxanasıdır. Bu həbsxana ilə bağlı yeganə informasiya mənbəyi məhkum analarıdır.
Bu yaxınlarda ömürlük məhkum Şakir Rzaxanovun anası Müslimat Rzaxanova qafqaznews.org-a müraciət edərək həbsxana barəsində şikayətini bildirib: “ Həbsxananın rəisi Fikrət Həsənov məhkumların qidalanmasını məhdudlaşdırıb. Onlara artıq şəkər tozu vermirlər. Məhkumlar yerli köşklərdən heç nə ala bilməzlər”.
Rzaxanovanın sözlərinə görə, həbsxanada sağlam və xəstə məhkumlar eyni kamerada saxlanılır, onların yazışmaları senzuradan keçir.
Biz Rzaxanovanın dediklərinin nə dərəcədə düz olduğunu yoxlamaq üçün ömürlük məhkum Zaur Süleymanovun vəkili Eldar Qədimiyə müraciət etdik.
Eldar Qədimi bildirdi ki, onun müdafiə elədiyi məhkuma 7 il əvvəl həbsxanada işgəncə verilib: “ Bunu sübut etmək mümkün deyil”.
Məhkumun anası Zaxalay Süleymanova bizə bildirdi ki, əgər mənim oğlumun hüquqları pozulmasaydı, nə üçün vəkil tuturduq: “ Ancaq Eldar Qədiminin vəkillik xidməti çox bahadır”.
Müxbirimizin “Sizin oğlunuza vəkil nə üçün lazımdır?” sualına Süleymanova belə cavab verdi: “ İki il əvvəl oğlum özünü pis hiss elədiyi üçün həkimə müraciət edib. Müalicə vaxtı Hepatit viruslu şprisdən istifadə olunub. Oğlum xəstəliyə yoluxub. Biz kömək üçün vəkil tutduq ki, həkimə qarşı məhkəmə iddası qaldırsın”.
Müxbirimizin “ Vəkil deyir ki, oğlunuza qarşı işgəncə olub” fikrinə məhkum anasının münasibəti belə oldu: “ Oğlumu iki il yarım karsda saxlayıblar, hansıki qanunla bir həftədən artıq saxlamaq olmaz. Onu orda möhkəm döyüblər. O qarnını doğrayandan sonra əl çəkiblər”.
Məhkumun əmisi oğlu Çingiz Süleymanov bizə bildirdi ki, məhkumların qohumları özləri kameranı təmir ediblər: “ Buna baxmayaraq həbsxananın rəisi həmin kameranı Zaura 250 manata satıb”.
Müxbirimizin “ Məgər kameranı satırlar?” sualına Çingiz Süleymanov belə cabab verib: “ Bu çox geniş yayılıb”.
Məsələyə aydınlıq gətirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin əməkdaşı Elçin Cəfərova müraciət etdik. “ Biz deyilənləri yoxlayandan sonra suallarınıza cavab verə bilərik”,-deyə Elçin Cəfərov sualımıza cavab verdi.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net