Ağstafa sakinlərinin qeyri-təbii təbii qaz problemi...
Tarix: 12-08-2015, 10:49 |
Çap et
Ağstafa rayonunun rəhbər şəxsləri hər şeyə pul gözü ilə baxıb rayonda idarəetməni alver predmetinə çeviriblər. Ağstafada əhali üzərində eksperiment aparırlarmış kimi rayon əhalisinin əsəblərinə hakim kəsiliblər. Ağstafa rayon Qaz İstismar İdarəsinin rəisini, ora cavabdehini deyim bilmirəm…, bircə onu bilirəm ki, bu adam kimdirsə, rayonun kəndlərinə qaz əvəzinə “ vozdux” verir. Qazın krantını açdıqdan 5 dəqiqə sonra da qaz əvəzinə hava gəldiyini müşahidə edirsən. Sayğac isə nəsnənin, nəsnənin nəsnələrinin xeyrinə fırlanır. Gün ərzində qazın kəsilib, fasilələrlə verildiyini, təzyiqinin olmadığını eşidirsən. Və hər şeyə…
Vertikal.az bildirir ki, anoloji vəziyyət elektrik enerjisinin təminatında da baş verir. Rayonun kəndlərinə elektrik enerjisinin təminatında problemlər yaşanır. İşıqlar sondürülür, bir neçə saat sonra yandırlır və ya gecə səhərə kimi elektrik enerjisi verilmir. Saniyədə küləyin sürəti 8 metr olan kimi elektrik enerjisinin verilməsində məhdudiyyət yaranır. Vətəndaşı heçə sayılan Ağstafada idarə, müəssisə rəhbərlərinin səbəbsiz yerdən işığı yanır. Çırağı sönmüşün işığını da söndürməklə, yeməyini ağzına necə aparmasında əziyyətli edirlər. Məzlumu yazıq məzlum gününə salınmışları əzirlər. Yayı belə olub, qışında əhalisi nə günə düşəcəyini əvvəlcədən bildiyimiz Ağstafaya birinin sahib çıxması gərəkdir. Belə demək mümkündürsə, rayona sərt nizamlı yeni rəhbərin göndərilməsi, ölkə prezidenti İlham Əliyevlə sadə vətəndaşlar arasında körpünü yandıranların çarmıxa çəkilməsi, dağıdılmış ehkamların bərpası mütləqdir.