Vidadi Dövlətovun məzuniyyət maxinasiyası
Tarix: 30-07-2015, 09:41 |
Çap et
Respublikanın hər yerində olduğu kimi Cəlilabad rayon müəllimləri də əmək məcələləsinin tələbinə uyğun olaraq məzuniyyətə çıxdılar. Yeni dərs ili başlayana qədər onlardan daha pul alınmayacağını güman edən müəllimlər gözlənilməz sürprizlə qarşılaşdılar, hamının məzuniyyət pulundan kəsilmişdir. Təhsil Şöbəsinə edilən çoxsaylı müraciətlərə baxmayaraq müəllimləri müxtəlif vasitələrlə inandırmağa çalışdılarki məzuniyyət pulunun verilməsində heç bir səhv olmayıb və doğru verilibdir.Araşdırmamız nəticəsində məlum oldu ki, bu dəfə rayon təhsil şöbəsi müəllimlərin pulunu ustaliqla birbaşa "vedmostda" tutaraq onu rəsmiləşdirmişdilər. Təhsil Şöbə müdiri Vidadi Dövlətov Siğorta şirkətinin müdiri olan qaynatası Əvəz Xanalıyevlə birlikdə müəllimlərin xəbəri olmadan "vedmostda" onlardan naməlum sığorta pulu tutublar. Bu işin idea müəllifi isə keçmiş RTŞ müdiri Ədalət Əsgərovun bacisi oğlu , narkotik maddəylə 8 ay həbs olunmuş Rayon Təhsil Şöbəsinin Baş Mühasibi Rəşad Salmanov olmuşdur. Maxinasiyadan əldə olunan en azı 60 min manatdan yuxarı pul bu üç nəfər arasında qardaş malı kimi bölünmüşdü. Bu maxinasiya haqqinda Cəlilabad rayon müəllimlərinin xəbəri olmadığı üçün ilk sizin qəzet və saytlar vasitəsilə məlumat alacaqlar. Məhz buna görə onların nəzərinə çatdırmaq istəyirik ki , Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu yolla sizin məzuniyyət pulunuzdan nə qədər pul tutulduğunu öyrənib haqqınızı tələb edə bilərsiniz. Respublikanin Təhsil Nazirliyinin və digər aidiyyatı qurumların nəzdində olmadığımız üçünisə onlara heçnə demək istəmirik .
Qeyd : Cəlilabad rayon Təhsil şöbəsinin mühasibi, Təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun bacısı oğlu və DSMF Cəlilabad Rayon Şöbəsinin rəisi Mirağa Salmanovun oğlu Rəşad Mirağa oğlu Salmanov 27 may 2010 –cu il tarixdə rayon hüquq – mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanlıb. Cəlilabad Rayon hüquq – mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanan Rəşad Mirağa oğlu Salmanovun üzərindən 29,1 qram heroin aşkar olunaraq götürülüb və o, bu əməlimə görə həbs olununb.
Vertikal.az