İlham Əliyev komandasında dəyişiklik aparacaq
Tarix: 28-07-2015, 11:16 | Çap et
İlham Əliyev komandasında dəyişiklik aparacaq
Neft bumunun ölkənin iqtisadi və syiasi gücündə yaratdığı durumun kəskin dəyişim ərəfəsində olması, prezident İlham Əliyevi radikal siyasi və iqtisadi islahatlar aparmaq məcburiyyətində qoyub. Bu dəyişikliklər bütün hallarda vacib və günün əsas mövzusu olaraq açıqdır.

Bu sözləri Mia.az-a haimiyyətə yaxın ekspert deyib. Onun sözlərinə görə, hakimiyyət indiki komanda ilə ən uzağı payızadək birgə yol gedəcək. Seçkidən sonra isə komanda da xeyli dəyişiklik olacaq:

«Ən uzağı payızda keçiriləcək parlament seçkilərindən sonra isə İlham Əliyev sərt qərarını verəcək. Bəlkə də bu preses oktyabradək aparılacaq. Yəni hər şey mümkündür. Bəli, uzun illər komandada yaxın 3-5 ay əvvələ qədər sistemə uyuşan məmurlar indi çevik proseslərlə ayaqlaşa billmirlər. Ona görə də İham Əliyevin bir neçə nazirlə yanaşı, xeyli icra başçıları ilə də yolları ayıracağı qaçılmaz hala gəlib.

Diqqət etmisirizə, ölkə başçısı keçirdiyi son müşavirələrdə də bir neçə dəfə komandasındakı problemlərə toxunaraq, ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb və sərt cəza tədbirlərin görüləcəyini deyib. Bu, əslində dəyişikliyin anoslarıdır. Son müşavirədə isə prezident açıq şəkildə bəzi nazir və komitə sədrlərinin fəaliyyətini tənqid elədi. Məncə, artıq xarici işlər naziri Elmar Məmmədyarov, Ziya Məmmədov və digər bir neçə nazir və komitə sədrinə güzəşt olunmayacaq».

Məlumatlı şəxs deyir ki, seçkidən sonra baş nazir postu ilə bağlı da qərar açıqlanacaq:

«Düşünürəm ki, Prezident İlham Əliyev nəhayət, Artur Rasizadə ilə bağlı qərarını qətiləşdirəcək. Onu isə cəmiyyətdə adı hallanan Kəmaləddin Heydərov, Ziya Məmmədov və ya baş nazirin 1-ci müavini deyil, ya nazir Natiq Əliyev, ya da Heydər Əsədovun əvəzləyəcəyi gözlənilir. Bu posta son müşavirədə fəaliyyəti təqdir olunan Səlim Müslümovun da təyin olunma şansı Kəmaləddin Heydərov kimi iddialı nazirdən 100 dəfə çoxdur».

Mənbə son günlərdə mətbuatda yayılan bəzi xəbərlərə də aydınlıq gətirib:

«Bəli, razıyam ki, dövlət başçısı artıq siyasi proseslərlə yanaşı, çevik iqtisadi-siyasət planını icra edəcək yeni komandaya ehtiyac duyur və bunu yaratmaqda da qərarlıdır. Elə son aylar gömrükdə monopoliyanın aradan qaldırılacağı, vergi orqanlarına qanuni işləmək tapşırıq və xəbərdarlıqlarının davamlı olması da, bu plandan qaynaqlanır. Bəli, mübaliğəsiz deyə bilərik ki, ölkə iqtisadiyyatında liberal mühit yaratmaqla, neftin qiymətinin ölkə iqtisadiyyatında yaratdığı "ciddi kəsir”i aradan qaldırmaq olar. Əks halda, böhran gec-tez burada öz təsirini daha ciddi göstərəcək. Bunun üçünsə normal vergi sistemi olmalıdır. Ən əsası isə gömrükdə monopoliya aradan qaldırılmalıdır. Artıq ölkəyə gətirilən dərman vasitələrinin simasında görülən işlər də göstərir ki, prezident bu yöndə də qətiyyətli davranacaq. Bəli, ona da əminəm ki, iqtisadi komandasını yenidən formalaşdırmaq planına mane olan iri ranqlı məmurların korrupsiya ittihamı ilə həbsi də baş verə bilər».





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net