Vidadi İsayev və komamdasının aldığı canlar - FAKTLAR
Tarix: 27-07-2015, 09:35 | Çap et
Vidadi İsayev və komamdasının aldığı canlar - FAKTLAR
Yaxın keçmişdə mətbuat orqanlarında “Bərdənin günəş başçısı” adı altında yayımlanmış məqalə oxucuların geniş marağına səbəb olmuşdur. Eyni zamanda möhtərəm cənab Prezidentimizin 6 aylıq hesabatın yekunları ilə bağlı Nazirlər kabinetinin geniş iclasında nitqi vadar etdi ki, "günəş " başçı haqqında bir məqalə də oxucuların nəzərinə çatdıraq.
Son aylar ərzində komanda yığmaq bacarığı olmayan günəşin komandasında bir-birinin ardınca xoşa gəlməyən hadisələr baş verir ki, bununda səbəbkarı günəşin özüdür. Hələ Tərtər rayon icra hakimiyyətinin başçısı olan dövrlərdə rayon icra hakimiyyətində ən məsul vəzifələrdən biri olan I müavin postuna gətridiyi “bakuş” ləqəbli Vidadi Bəylərovun oğlu avtoxuliqanlıq edərək 16 yaşlı bir gəncin ölümünə səbəb oldu. Vidadi İsayev belə övlad böyüdənləri, Zaur Bəylərovu Bərdə rayon İcra Hakimiyyətinə məsul vəzifəyə gətirir. 2015-ci ilin iyul ayında isə yenə də günəşin Bərdə rayon icra hakimiyyətinəməsul vəzifəyə təyin etdiyi, adını belə yazmağı bacarmayan,narkotik alverində şübhəli bilinərək əvvəllər işdən qovulan Hüseyn Qasımovun oğlu 22 yaşlı, ali təhsilli bir gəncin avtoxuliqanlıq nəticəsində həytına son qoydu. Kimdir günahkar?Əlbəttdə Vidadi İsayevdir. Əgər o belə tez harınlayan işçiləri komandasına gətirməsəydi onların da övladları atalarını tutduqları vəzifəyə görə harınlayıb belə qəzalar törətməzdilər.
V.İsayev komanda yığmağı bacarsaydı keçmiş müsavatçıları, dövlət əleyhinə çalışanları, şəxsi maraq güdənləri, xalqın qanını soranları, savadsızları, təcürbəsizləri vəzifəyə gətirməzdi.
Bunları yazmaqda bir məqsədimiz var: əvvəla, icrahakimiyyəti aparatıV.İsayev üçün oyuncaq deyil ki, işdən çıxardığı bir şəxsi 6 aydan sonra ağsaqqalın göstərişi ilə işə qaytarır;ikincisi isə komanda vəzifənin ilk günlərində yığılır, 4 ildən sonra yox. Buradan belə nəticəyə gəlmək olur ki, V.İsayevə ilk gün dövlətə sədaqətli,doğulub boya başa çatdıqları rayonun təəsübünü çəkən, zəhmətkeş bərdəlilərlazım idi,bu gün isə yuxarıda qeyd etdiyimiz kimi xalqın qanını içənlər. Çox maraqlıdır ki, yuxarı orqanlarda çalışan bəzi məmurlar da V.İsayevin komanda yığdığını bildirərək bu işə haqq qazandırırlar. Biz isə deyirik ki, bu belə deyil. V.İsayev öz şəxsi maraqlarını həyata keçirmək üçün özünə ordu yığır. Belə olmasaydı uzun illər dövlətə sədaqətlə xidmət etmiş YAP fəalları, xalq arasında nüfuza malik olan,savadlı, qabiliyyətlidövlət qulluqçuları məkr və hiylələrlə işdən azad olunmazdılar.
Kadrların seçilməsində yol verdiyi nöqsanların sayı hesabı olmayan günəş başa düşmür ki,6 aydan bir idarə rəhbəri dəyişikliyi aparmaq həmin təşkilatın işinə nəqədər ziyan vurur. Hər bir təyin olunan öz komandasını yığır və yenicə yığdığı komanda ilə işə başlamaq istəyəndə işdən azad olunur, səbəb isə günəşin şəxsi maraqlarınıntəmin edilməməsidir. 3 il ərzində Mənzil İstismar Komitəsi3 rəis, Rayon Poçt şöbəsi 3 rəis, Rayon Baytarlıq İdarəsi4 rəis, subartezan idarəsi 3 rəis, Komunal Təsərrüfat İdarəsi 3 rəis dəyişdirmişdir.
Sahibkarlarla iş də acınacaqlı vəziyyətdədir. İri sahibkarlara öz biznesini qurmaq üçün dövlətin ayırdığı pay torpaqlarında qanunsuz olaraq obyektlər tikilməsinə icazə verilir və sahibkar kəməndə salınır və bu kəmənd ətrafında dolanmağa başlayır. Elələri olur ki, bu kəməndi qıra bilir, qıra bilməyənlər isə sürünürlər .
H.Əliyev prospektində öz şəxsi həyətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər daha çox tər tökməkli olurlar. Əslində bu gün sökülüb dağıdılan hasarlar dövlət vəsaiti yaxud da digər vəsaitlər hesabına bərpa olunmuşdur ki, bu hasarların sökülməsi üçün dövlətə kompensasiya ödənilməlidir. Lakin kompensasiya başqa yerə ödənilir.
V. İsayev başçı təyin olunanadan sonra Ukraynada tum alveri ilə məşğul olan bacanağı və yeznəsi Mahmud və Çingiz tələsik qayıdaraq günəşin ətrafında cəmləşirlər. Biri tikinti işləri üzrə, digəri isə sürücü kimi eyni zamanda günəşə idarəetmədə , kadrların seçilməsində baş məsləhətçi olurlar. Mahmud bəyin Bərdə və bərdəlilərə vurduğu ziyanlar az deyildir. O da ölümə səbəb olub. Bəyin Bərdədə yaratdığı daş sexində təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində məcburi köçkünolan uşaq sexdə elektrik cərəyanı vurması nəticəsində vəfat edir.
H.Əliyev parkında Mahmud bəyin pul qazanması üçün sahil boyunca xeyli vəsait xərclənərək hasar çəkilir, sonra məlum olur ki, hasar heç nəyə yaramır və sökülür. Bundan başqa küçə və meydanlara bəyin sexindən daş götürülərək vurulması tapşırılır. Halbuki, Bərdədə onlarla belə daş sexləri mövcuddur. H.Əliyev parkında sahil boyunca yaradılan bulvar da, bəyin daşı ilə üzlənir. Lakin daş keyfiyyətsiz olduğundan çox az bir müddətdə yararsız hala düşür və sökülməsinə göstəriş verilir. Yaxşı ki, burada ictimai rəy nəzərə alınır, 8000 kv metrlik bir ərazidən daşlar sökülüb rayonun idarə və müəssisələrinin həyətlərinə yığılır. Təbii ki, vurulmuş ziyanın bədəlini bərdəlilər ödəyir, bəyə isə güldən ağır söz deyilmir.
Əməlləri ilə dövlətin düşməni olan V. İsayevi yaxından tanıyanlar bilir ki, öz şəxsi maraqları, gələcək kariyerası üçün çalışan, Bərdəni və bərdəliləri sevməyən,əksinə onları qızıl teştə qan qusdurmağa məcbur edən zalım bir başçıdır. Özünü Bərdənin şahı hesab edən bu zalım bir şeyi unudur:
Qılınclar, nizələr yıxmayan şahı,
Yıxar bir qarının yanıqlı ahı.
Bizim ona bir tövsiyyəmiz var: xalqına xidmət etməyi, humanist olmağı, qərəzli olmamağı, dövlətə və dövlətçiliyə, öz xalqına sədaqətlə və şərəflə xidmət etməyi bilmirsə, ulu öndərimizin və cənab prezidentimizin həyat və fəaliyyəti ilə daha yaxından tanış olsun və nümunə götürsün. Axı sən cənab prezidentin nümayəndəsisən.
Hər bir insa öz-özünü yaxından tanıyır, bilirki, kimdir, nəçidir, haradan gəlib.Təəssüf ki, bəziləri öz keçmişini tez unudur.Keçmişini unudanın isə gələcəyi olmur.
Bərdəlilər öz “GÜNƏŞ” başçılarına hörmət əlaməti olaraq onun haqqında çox səhifəli bir kitab nəşr etdirmək istəyirlər. Bizə elə gəlir ki, bu onun üçün ən böyük hədiyyədir.
Anar Səlimbəyli - Vertikal.az





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net