Laçında Yol İdarəsinə həbsdə olan adamı niyə müdir təyin ediblər?
Tarix: 3-07-2015, 09:50 | Çap et
Laçında Yol İdarəsinə həbsdə olan adamı niyə müdir təyin ediblər?
Laçın Yol İdarəsinin müdiri Musa Musayevin əvvəllər həbsdə olduğu və Cinayət Prosessual Məcəlləsinin 179.3.2, 311-ci maddənin bütün bəndləri və 318-ci maddəyə mühakimə olunub. Ağır Cinayətlərə Dair Məhkəmənin qərarı ilə ona maddələri ilə Ağır cinayətlərə qarşı məhkəmənin qərarına əsasən 2 il 6 ay müddətinə həbs cəzası verilib.

JAM.AZ xəbər verir ki, sözügedən şəxs həmçinin təqaüd yaşındadır. Amma vəzifəsini tərk etmək niyyətində deyil. Elə bu səbəbdən də əvvəlki qaydada işinə davam edir. Büdcədən ayrılmış pulları da hara «sərf» edəcəyini yaxşı bildiyindən, əlində olan imkanları hesabına başqa rayonlarda özü üçün obyektlər özəlləşdirir.

Maraqlıdır ki, Musa Musayev mütəmadi olaraq İsmayıllı rayonuna təşrif buyurur. Orada onun davamlı olaraq adamlarla görüşdüyü də sirr deyil. Və günün birində də məlum olub ki, Laçın Yol İdarəsinin müdirinə yaxın dostlarından biri «Qara quzu» ziyəfəti verir. Ki, həmin dostunun da yaxın vaxtlarda Laçına icra başçısı təyin ediləcəyi xəbəri dolaşır. İddia edilir ki, yerli idarə və müəssisə rəhbərləri də məhz bu səbəbdən Musa Musayevin başına yığışaraq, onun gələcək imkanlarından yararlanmaq üçün indidən yer edirlər.

Yol İdarəsinin müdirinin belə bir xəbəri yaydırmaqda bir başqa məqsədinin də olduğu deyilir. JAM.AZ-a verilən məlumata görə. Musa Musayev bununla rayonda söz sahibi olduğunu nümayiş etdirməyə çalışır.

Qeyd edək ki, Musayevin bir oğlu təhsillə yaxından, uzaqdan əlaqəsi olmasa belə, Laçın rayon Təhsil Şöbəsində məsləhətçi olaraq çalışır. Xalid Musayevin bu vəzifənin başına hansı yolla keçirilməsinin dəqiq səbəbləri məlum deyil. Yəni, bunun üçün pul verdiyi və ya Təhsil Şöbəsinin müdirinin ondan qorxduğu üçün bu addımı atdığı müəmmalıdır. Ancaq bilinən odur ki, həmin vəzifə Prezident Yanında Dövlət Qulluğu Məsələlər Üzrə Komissiyası tərəfindən elan edilərək vakansiya olunur. Lakin həmin vəzifə gizli saxlanaraq, komissiyaya vakant vəzifə kimi verilməyib.

Musa Musayevin əsas qazanc yeri olan yol çəkilişi və təmiri isə büdcəyə külli miqdarda zərər verir. Bununla bağlı geniş araşdırmamız olacaq. Laçın Obalarına maşınla deyil, atla niyə gedildiyi, ayrı-ayrı rayonlarda məskunlaşmış laçınlıların yaşadığı məhəllələrin niyə bərbad gündə olduğu, müxtəlif adlar altında işlər görərək, pul silindiyi barədə bilgi verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net