Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Tarix: 25-06-2015, 10:07 | Çap et
Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Bir neçə gündür ölkə ərazisində nəfəskəsən istilər müşahidə edilir və insanlar paytaxtın cansıxıcı bürküsündən xilas olmaq üçün dağlıq rayonlardakı turizm məkanlarına üz tuturlar. Amma getdiklərinə də peşman olurlar, dincəlmək əvəzinə kor-peşman Bakıya qayıdırlar. Səbəbsə xidmət sektorunun yarıtmaz və baha olması azmış kimi yolların bərbad olmasıdır.
Belə bir şikayət məktubu da Moderator.az-a Goranboy rayonunun Ağcakənd qəsəbəsindən keçərək Buzluq kəndinə və Murovun ətəklərindəki meşə massivinə üz tutan bir qrup oxucumuzdan gəlib. Onlar gileylənirlər ki, yollar elə acınacaqlı vəziyyətdədir ki, bura bir dəfə gələn bir də gəlməyəcəyinə tövbə etmək zorunda qalır. Çünki yollardakı çala-çuxura nə avtomobillər dözür, nə insanların əsəbləri.
Şikayətçilər yerli sakinlərə istinadən bildirirlər ki, rayonun Qaraçinar kəndindən başlayaraq Ağcakənd qəsəbəsinin ən yuxarı hissəsində Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyədək asfalt yolun çəkildiyi bir il olmaz, amma elə vəziyyətə düşüb ki, adamın baxanda gözü ağrıyır. Səbəbsə yolun tamamilə başdansovdu və keyfiyyətsiz çəkilməsidir.
Eyni zamanda onu da saytımız vasitəsilə Goranboyun icra başçısından soruşmaq istəyirlər ki, prezidentin ehtiyat fondundan adıçəkilən ərazidəki yolların yenidən qurulması üçün ayrılan 7 milyon manatın aqibəti necə oldu? Bu pul yola xərcləndisə, yol hanı, xərclənmədisə pul hanı...?

Sonda şikayətçilərin göndərdikləri şəkilləri təqdim edirik, hər şey göz qabağında:

Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Goranboyun icra başçısına 7 milyon manatlıq sual
Goranboyun icra başçısına 7 milyon manatlıq sual





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net