Yevlaxlı məmur: ” Əhmədzadəyə pul göndərməsəm, bir gün də işləməyə qoymazlar”
Tarix: 22-06-2015, 11:17 | Çap et
Yevlaxlı məmur: ” Əhmədzadəyə pul göndərməsəm, bir gün də işləməyə qoymazlar”
Hər il kənd təsərrüfatının inkişafı üçün dövlət milyonlarla manat vəsait sərf edir.

Amma buna baxmayaraq həmin vəsaitlərin böyük hissəsi ünvanqladığı istiqamətə görə sərf olunmur və bu vəsaitlər aqrar sahədə fəaliyyət göstərən qurumlar tərəfindən mənimsənilir.

Tamamilə korrupsiya bataqlığında batan belə bir qurumlardan biri və bəlkədə birincisi uzun illər boyu Əhməd Əhmədzadəninin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Məhz Əhməd Əhmədzadəninin rəhbərlik etdiyi bu qurum hər rayonlarda torpaqların şorlaşmasının qarşısının alınması və fermerlərin su ilə təmin olunması üçün milyonlarla manat vəsait sərf edir. Ayrılan vəsaitlərin çox böyük hissəsi isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən bir neçə qurumu tərəfindən mənimsənilir və mənimsəmə halları bütün rayonlarda kütləvi və eyni xarakterli olduğuna görə əminliklə demək olar ki, baş verən böyük korrupsiya hallarından Meliorasiya və Su Təsərrüfatı ASC-nin birbaşa məlumatı var və demək olar ki, bütün bu korrupsiya halları ASC-nin rəhbərliyinin və yerlərdə icra başçılarının nəzarəti altında həyata keçiriilir.Meliorasiya və Su Təsərrüfatı ASC-nin büdcə talanı ilə məşğul olan rayon qurumlarından biri də Yevlax Rayon Yuxarı Qarabağ Kanal İstismar İdarəsidir.Bu qurumun rəisi İlyas Şərifov adı olub özü olmayan MMC-lər vasitəsilə dövlətin milyonlarla pul vəsaitinin yox edilməsinə münbit şərait yaradıb.Rayondakı etibarlı mənbənin verdiyi məlumata görə Şərifov doğma qardaşı Knyas Şərifovun qayın atası və qayınlarının adına MMc-lər açaraq bütün tenderlərdə qalib olur. Əlbətdə ki, saxta yolla. Kannalların təmizlənməsi, bərpası, təmiri işlərini məhz bu MMC-lər aparır. Əslində isə təmir-bərpa işləri yalnız görüntüdür. Dövlətin milyonlarla manat vəsaiti Şərifovlar tərəfindən mənimsənilir.Belə olmasa idi adi məmur məvacibinə İlyas Şərifov iri biznesmənlər sayağı rahat həyat şəraiti qura bilməz, sahibkarlıq fəaliyyəti göstərə bilməzdi. Məmur olmasına rəğmən rayonun Aran qəsəbəsindəki “Dalğa”restoranını da işlədən Şərifovu “dövlət qulluqçuları haqda” qanunun tələblərini pozması narahat etmir. Əksinə,vəzifəsindən və korrupsioner əlaqələrindən istifadə edərək restoranını qeyri-qanuni olaraq vergilərdə və kommunal xərclərdən azad edib.Şərifovun qeyri leqal yolla əldə etdiyi sərvətlərin siyahısını yaxın günlərdə dərc edəcəyik.Bu məmur özünə onunla haqq qazandırır ki, guya rüşvəti ondan yuxarı təşkilat, nazirlik aylıq olaraq tələb edir.” Əhmədzadəyə pul göndərməsəm,bir gün də işləməyə qoymazlar.”deyir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net