Vaqif Şıxəliyevin qurduğu tələ necə ifşa olundu?
Tarix: 17-06-2015, 11:11 | Çap et
Vaqif Şıxəliyevin qurduğu tələ necə ifşa olundu?
Xəbər verdiyimiz kimi, bir müddətdir adı qalmaqallı hadisələrdə hallanan Sabirabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Şıxəliyev (O, mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmiş, lakin Surət Hüseynova qoşularaq başqa işlərlə məşğul olduğuna görə Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir) neşə müddətdir qudası M.İbrahimovla qalmaqal yaşayır. Daha doğrusu, M.İbrahimov özünə şərik etdiyi-hazırda “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi olaraq qudasının əmlakını (indi çox təəssüflər olsun ki, onu özünə şərik etmiş qudasının) ələ keçirməyə cəhd edilən əməli ifşa olunub...
Daşkəsənin İcra başçısı Əhəd Abiyevin torpaq alveri?

Ən maraqlısı budur ki, bu qalmaqalda əsas rol oynayanlardan biri də məhz Daşkəsən RİH başçısı Əhəd Abiyevdir... Belə ki, “Təzadlar” (sonradan digər KİV-lər) bu ilin aprelin əvvəlində Bakı şəhər sakini M.İbrahimovun şəxsi mülkiyyətində olan Abşeron rayonunun Novxanı kəndindəki bağ evinə naməlum şəxslər tərəfindən basqın edilməsi haqqında məlumat dərc olunmuşdu. Məlum olurdu ki, basqın barədə evdə yaşayan Rauf Ağayev dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş və məlumatında bildirmişdir ki, basqın edənlər sahibkar, “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevin adamları olmuşdur. Hansı ki, həmin basqınçılar onu boğub öldürmək istəyiblər... Bundan sonra bağ evinin sahibi M.İbrahimov dərhal Abşeron RPİ-nin rəisi Şəhriyar Şəmşirli ilə görüşmüş, polisdə onun və bağda yaşayan, zərərçəkən R.Ağayevin izahatları alınmışdır... Bütün baş verənlər barədə əməkdaşımız həm “Təzadlar”a müraciət etmiş şikayətçi M.İbrahimovdan və Rauf Ağayevdən, həmçinin polis sahə müvəkkili Əlqayıt Mikayılovdan eksklüziv müsahibə də almışdı. Həmin açıqlamalarda bağa hücum edənlərin kimliyinə aydınlıq gətirilmişdi (məlum olmuşdur ki, V.Şıxəliyev həmin ərazidəki torpaq-bağ sahəsini əvvəlcə Daşkəsənin İH başçısı Əhəd Abiyevə satmış, sonra isə Ə.Abiyev də başqa bir şəxsə... Amma təəccüblü və gülməlisi də budur ki, sonuncuya (?) satılan torpaq sahəsinin yerini təqdim edəndə ona Məmmədağa İbrahimovun 15 il əvvəl alınıb içərisində ikimərtəbəli ev tikilmiş bağ sahəsini göstərmişlər... Və sonuncu alıcı nədənsə, həmin alqı-satqı aparılanda onlardan aldığı torpaq sahəsinin sənədə uyğunluğunu soruşmamışdır. Ta indi-mübahisə məhkəmə müstəvisinə çıxanadək...

Polis idarəsi Abiyevlə Şıxəliyevin kələkbazlığına “Yox!” dedi...

Beləliklə, sonuncu alıcı bu günlərdə həmin bağ sahəsinə (aldığı sahənin torpaq sənədlərində ikimərtəbəli evin, 15 illik ağacların olmadığı görməyibmi?) sahib olmaq üçün əraziyə gəlir... Sonra vəziyyət hüquqi müstəviyə çıxır, münaqişəni alovlandıran və yaradanlar isə indi çətin duruma düşüblər. Doğrudanmı Əhəd Abiyevlə Vaqif Şıxəliyevə belə saxta torpaq alqı-satqısı lazım imiş? Onlar kimi aldatmaq istəyirmişlər: dövləti, 3-cü alıcını, yoxsa...
Elə ətrafında süni və həm də məqsədli şəkildə qalmaqal yaradılan şikayətçi M.İbrahimov baş verənlər barədə nazir Ramil Usubova açıq məktub yazaraq bütün bu qanunsuz əməllərin arxasında V.Şıxəliyev adlı iş adamının durduğunu bildirmiş, nazirin adından istifadə edərək bildiyini etdiyini xatırlatmış, təsirli tədbirlərin görülməsini nazirdən xahiş etmişdir.
***
Bəs bu basqın və torpaq fırıldağı ilə bağlı təhqiqat nə yerdədir? “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevə qarşı özgəsinin evinə basqın etdirilməsi ittihamı hansı hüquqi müstəvidə araşdırılır? Axı V.Şıxəliyevə qarşı irəli sürülmüş həmin ittihamlar (hansı ki, Abşeron RPİ-də araşdırılmaqdadır) Azərbaycan CM-nin 157 (“Mənzil toxunulmazlığını pozma”), 181.2.1 (“Quldurluq”-Yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və s. maddələrinə tövsif olunur.
Qudasına tələ qurmaq istəyi baş tutmadı, xəstələnib Türkiyəyə getdi...

İndi məlum olur ki, Vaqif Şıxəliyev bütün qohumluğu, adət-ənənəni bir kənara ataraq qudasına-nəvələrinin babasına qarşı uzun müddət imiş gizli olaraq tələ qururmuş. Amma bu gün məlum oldu ki, Göydə Allah, yerdə ədalətli insanların sayəsində həmin əməlləri ifşa olunmuş, qudasının bağ sahəsini qanunsuz yolla ələ keçirməyə cəhd edən Vaqif Şıxəliyev məhkəmənin vəsadəti, ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin, həmçinin Dövlət Əmlak Komitəsinin aidiyyəti qurumunun qərarı ilə ifşa edilmiş, onun qanunsuz iddiası əsassız hesab olunmuş, şər-böhtan elan edilmişdir... Elə həmin qərar barədə məlumat alarkən həm də öyrəndik ki, Vaqif Şıxəliyev bu qərardan bərk əsəbləşərək xəstələnib və Türkiyəyə aparılıb...

Müstəntiqin qərarındakı şok qənaətlər...

Budur, Abşeron RPİ-nin rəisi, polis polkovniki Şəhriyar Şəmşirlinin adından şikayətçi M.İbrahimova göndərilmiş 23 aprel 2015-ci il tarixli rəsmi məktubuna əlavə edilmiş qərarda (təhqiqatçı Ayaz Gülməmmədov) yazılır: “...Abşeron rayon Novxanı kəndi Sabit Orucov küçəsində yaşayan Ağayev Rauf Ağa oğlu 31.03.2015-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 31.03.2015-ci il tarixdə tanımadığı şəxslər yaşadığı evə gələrək evin qapısını döyüb həyətə daxil olmaq istəyən zaman həmin şəxslərdən birinin onun sinəsindən itələdiyini bildirərək həmin şəxslərin barəsində tədbir görülməsini xahiş etmişdir. 31.03.2015-ci il tarixdə İbrahimov Məmmədağa Əlimürsəl oğlu da DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir...”.
Qərardan o da məlum olur ki, təhqiqatçı, həmçinin Abşeron rayonu, Müşfiqabal qəsəbə sakini H.Vəliyevin də ərizəsini araşdırı. Belə ki, H.Vəliyev Abşeron RPİ-nə ərizə ilə müraciət edərək bildirib ki, Abşeron rayonunun Novxanı kəndində 0,33 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir, lakin həmin torpaq sahəsi vətəndaş M.İbrahimov tərəfindən zəbt olunmuş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur.
Beləliklə, qərardan məlum olur ki, izahatı alınmış Novxanı kəndi Sabit Orucov küçəsində yaşayan Ağayev Rauf Ağa oğlu bildirmişdir ki, 2000-ci ildən Novxanı kəndi Sabit Orucov küçəsində, İbrahimov Məmmədağa Əlmürsəl oğluna məxsus bağ evində yaşayır. Ağayev Rauf Ağa oğlu izahatında 31 mart 2015-ci ildə naməlum şəxslərin onun yaşadığı bağ evinə hücum çəkərək onu hədələmiş, bu bağın onlara məxsus olduğunu bildirmişlər. Onlar Ağayev Rauf Ağa oğlunun boğazından tutub sıxmış, hədə-qorxu gəlmişlər.
Sonra izahatı alınmış, Ağayev Rauf Ağa oğlunun həyat yoldaşı Əliyeva Təranə Dilavər qızı, həmin bağ evinin mülkiyyətçisi İbrahimov Məmmədağa Əlimürsəl oğlu baş verənlər barədə birincinin izahatındakı xüsusatları təsdiqləmişlər.
Sonra izahatı alınmış Vəliyev Habil Allahverdi oğlu izahatında bildirmişdir ki, “...10.03.2015-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abiyev Əhəd Mikayıl oğlundan almışdır. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Yerestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən seriya RX-05599013 saylı çıxarış almışdır... Torpaq sahəsi mülkiyyətinə keçdikdən sonra satıcının nümayəndələri ilə 31.03.2015-ci ildə Novxanı kəndinə həmin torpaq sahəsini təhvil almaq üçün getmişlər...” və sair.
Nəhayət, təhqiqatçı qərarında bir daha qeyd edir ki, “...Araşdırma zamanı Vəliyev Habil Allahverdi oğlunun 308013067075 nömrəli çıxarışla mülkiyyətində olan 0,33 ha torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyi məlum olmuşdur. Araşdırma zamanı İbrahimov Məmmədağa Əlimürsəl oğlunun adına 308013078946 nömrəli çıxarışla mülkiyyətində olan 0,2624 ha torpaq sahəsi mübahisəli torpaq sahəsindən 160 metr qərbə tərəf yerləşdiyi və sözü gedən torpaq sahələrinin üst-üstə düşmədiyi məlum olmuşdur”.

Bəs məsələni qəsdən qarşıdurma həddinə gətirən kimdir?
Qərarın izah hissəsindən və mübahisəli torpaq sahəsinə iddialı H.Vəliyevin izahatından da göründüyü kimi, onunku hazırda Daşkəsən RİH başçısı Ə.Abiyevdən aldığı torpaq sahəsidir və orada hanınsa çoxillik ağaclardan, tikilidən və s. söhbət getmir. Ona satıcı Ə.Abiyevin nümayəndəsinin göstərdiyi yer isə başqasına, yəni M.İbrahimova məxsus olan, içərisində yaşayış evi, çoxillik ağaclar olan torpaq sahəsidir. Elə isə, başqasının torpaq sahəsini alıcıya göstərmək dələduzluq deyilmi?
Bundan əlavə, təhqiqatçının da müvafiq mülkiyyət sənədlərinə istinad edərək araşdırması bir daha göstərmişdir ki, həmin mübahisəli torpaq sahələri bir-birindən 160 metr aralıda yerləşir, arada başqalarına məxsus bağ evləri, torpaq sahələri var. “Təzadlar”ın araşdırması isə göstərir ki, bütün bunlar M.İbrahimova qarşı qəsdən qurulmuş oyunbazlıqdır. Belə ki, əldə etdiyimiz sənədlərdən məlum olur ki, həmin torpaq sahəsi əvvəllər V.Şıxəliyevə məxsus olub, o isə dostu Əhəd Abiyevə satıb, Ə.Abiyev isə M.İbrahimovun başını qatmaq üçün onu H.Vəliyev adlı şəxsə satmışdır, amma torpaq sahəsini qəsdən özünə aid olduğu yerindən deyil, M.İbrahimova məxsus evin olduğu ərazidən göstərmişdir.
Burdan bir nəticə çıxır: əgər birdən yuxudan durub görsəniz ki, bir nəfər gəlib Əhmədlidəki qapınızı döyüb deyirsə ki, “Mən Əhəd Abiyevdən Daşkəsəndəki Xoşbulaq ərazisində ona məxsus villanı almışam, mənə sizin bu evi göstərib”, onda qətiyyən təəccüblənməyin... Hətta Ə.Abiyev sonradan sizin yaşadığınız evin ona məxsus olması barədə çıxarış, ekspert rəyi belə ala bilərsə, buna da təəccüblənməyin... Niyə?
Bu barədə növbəti yazıda bəhs olunacaq.
“Təzadlar”ın Araşdırma Qrupu





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net