Cəlilabad təhsiliilə bağlı baş prokurora şikayət olundu
Tarix: 29-05-2015, 10:07 |
Çap et
Cəlilabad rayon , Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlun Vertikal.az-a yenə də şikayət yollayıb. O yazır:
Çox hörmətli redaksiya , sizin vasitənizlə Təhsil Naziri Mikayıl Cabbarova ünvanladığım açıq məktubdan sonra Cəlilabad rayonuna bir qrup nümayəndə heyəti göndərilmişdi . Gəldiyi günün yarısından sonra "Tut bağında" Vidadi Dövlətovun qonaqlığına təslim olan yoxlamaların obyektivliyinə inanmasaq da , sonda sovqatla yola salınması şübhələrimizə son qoydu. Rayonda vəziyyətin ciddiliyini hiss edən Nazirlik , hamımızın hörmət etdiyi Əhliyyət Adıgözəlovu da əraziyə ezam etmişdi. Rayon təhsilinin mövcud durumu haqqında Əhliyyət müəllimlə 1 saatdan artıq davam edən müzakirəmiz oldu. Deyilən iradları qəbul edən nazirliyin aparıcı məsləhətçisi söz verib dedi ki , çox qısa vaxt ərzində qanunu pozan təhsil işçiləri haqqında tədbir görüləcək. Nazirlik nümayəndəsi söz versə də Təhsil şöbə müdiri Vidadi Dövlətov qanunu pozan adı çəkilən şəxslər haqqında heç bir tədbir görə bilməyəcəyini dedi.
Əvvəlcə tərəddüdün səbəbini anlamasam da , sonra ictimayyət arasında yayılan şayələrin tam həqiqət olduğuna əmin oldum .Belə ki , rayon ictimayyəti, təhsil işçiləri və əhali arasında uzun zamandır gəzən söhbətlərə görə səriştəsiz və qanunsuz hərəkətlər edən və heç kimdən çəkinməyən Cəlilabad rayon Göytəpə 1 saylı və 2 saylı məktəbin xanim direktorları Cəlilabad rayon İcra Hakimiyyətində işləyən hansısa vəzifəli şəxslər tərəfindən himayə olunur. Yoxsa nəyə görə Təhsil Şöbə müdiri Vidadi Dövlətovun hansısa qohumunun adi olub özü olmadığı haqqında şikayət olan kimi neqativ hal aradan qaldirilir, amma onun tabeliyində olan direktorların bu cur adamlarının qarşısını ala bilmir. Vidadi Dövlətov bu günə qədər hələ də Göytəpə 1 saylı tam orta məktəbin ilin ən yaxşı məktəbi kimi aldığı 10 000 manatın hesabatini istəyə bilməməsi , məktəb rəhbərləri tərəfindən keçirilməli olan Böyük Summativ Qiymətləndirmənin (BSQ) testlərini özlərinin səriştəsi olmadığından , şagirdlərdən pul yığıb Bakı şəhərindən gətizdirərək onları qiymətləndirməsini bilib qanunsuzluqlari edənlərə heçnə edə bilməməsi , İH-də olan himayəçilərin böyük insanlar olduğundan xəbər verir.
Qəribəliklərdən biri də , müstqilliyimizin 24 -cü ilində olmağımıza baxmayaraq Cəlilabad rayonunun təhsili hələ də Rus imperiyasının təsiri altında addimlamaqdadir . Belə ki , rayonun bir çox məktəblərində direktorlarin və müavinlərinin əksəriyyəti rus dili müəllimlərindən ya da rus bölməsinin məzularından ibarətdir . Hətta bir çox yerlərdə dərsi dinləyib təhlil etmə iqtidarında olmayan fənn müəllimləri vəzifələrdədir. Göytəpə 1 saylı və 2 saylı tam orta məktəbin direktorlari da belələrindədir.
Bu qədər neqativ halları görərək hesabatlarında heçnə olmamış kimi danışan rayon rəhbərliyinin nümayəndəlirinin göz yumması da təhsilimizin düzələcəyinə ümüdimizi yox etməkdədir. Hörmətli Mikayıl Cabbarova dəfələrlə bu cinayət faktlari barəsində muraciət edilməsinə baxmayaraq heç bir tədbirin olmadığını əsas gətirərək məndə Hörmətli Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Cəlilabad rayon təhsilini əsaslı yoxlamaq üçün göstəriş versin .
Hörmətlə , Yarıyev Ramiz Qədir oğlu