Rişi Sunak: “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların təhlükəsizliyini müdafiə edəcək”
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranın İsrailə qarşı hücumunu pisləyib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, Baş nazir bildirib ki, İranın hücumu gərginliyi alovlandırmaq və regionda sabitliyi pozmaq riski daşıyır.
“Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək”, - o əlavə edirb.