Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışıb: Bu cür təxribatlara boyun əyəcək millət deyilik - EKSKLÜZİV
Tarix: 8-08-2022, 13:37 | Çap et


Azərbaycanın Londondakı səfirliyinə hücum qəbuledilməzdir.

Bunu APA-nın İstanbul müxbirinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ceyhun bəylə danışdım, edə biləcəyimiz bir şey varmı deyə soruşdum. O, hər şeyin nəzarət altına alındığını, bunu törədən bəzi şəxslərin saxlanıldığını dedi. Biz bu cür təxribatlara boyun əyəcək millət və dövlətlər deyilik. “Bir millət, iki dövlətik”, hər zaman Azərbaycanın yanındayıq”, - XİN rəhbəri vurğulayıb.

Bundan başqa, nazir qeyd edib ki, diplomatik missiyaların qorunması Vyana konvensiyasına əsasən ev sahibi olan ölkənin məsuliyyətidir və bu cür təxribatlara yol verməmək üçün daha effektiv tədbirlər görülməlidir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net