Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür
Tarix: 6-05-2022, 13:48 | Çap et


Bakı şəhərinin mərkəzində yerləşən Mərkəzi Nəbatat bağında vaxtı ilə bəzi məsuliyyətsiz şəxslər tərəfindən bir sıra tikililərin inşasına yol verilib. Həmçinin parkda yerləşən ictimai-iaşə obyektlərindən havaya qalxan tüstü və his də ərazidəki ağaclara ziyan verir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Bu yaxınlarda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq.

Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində yeni layihəyə uyğun burada sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net