Cahangir Əsgərovun də SÜRƏSİ DOLUB... - İDDİA
Tarix: 13-04-2022, 08:46 | Çap et


Vertikal.az: - Mərkəzi Bankın rəhbərliyində müşahidə olunan kadr islahatları cəmiyyətdə haqlı olaraq böyük rezonans yaradıb. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, prosesin davamı var və durdurulması gözlənilən deyil. Və bu istiqamətdə daha bir iri fiqurun dəyişdirilməsi nəzərdə tutulub.

Mənbənin dia.az-a söylədikləri: "Doğrudur, belə bir qənaət də var ki, əslində baş verənlər dəyişikliklər konkret bir maraqdan irəli gəldiyindən total xarakter almaya bilər. Amma prosesin davam edəcəyi gözlənilir".

Mənbə növbəti hədəflərdən birini də açqlayıb. Məlumata görə, bu dəfə sırada Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur. Dia.az-a verilən informasiyada qeyd olunur ki, 72 yaşlı Cahangir Əsgərovun gedişinə tədarük görülür.

Qeyd edək ki, barəsində yerli KİV-də intensiv olaraq neqativ materiallar yayılan Cahangir Əsgərovun gedəcəyi çoxdan proqnozlaşdırılmaqdadır...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net