Elmar Məmmədyarov Nyu-Yorkda aldığı mənzil haqda: “Çamadanla pulu götürüb...” - VİDEO
Tarix: 1-04-2022, 14:19 | Çap et
Elmar Məmmədyarov Nyu-Yorkda aldığı mənzil haqda: “Çamadanla pulu götürüb...” - VİDEO

“Hər iki övladıma mənzil almışam. Bu o demək deyil ki, mən çamadanla pulu götürüb Nyu-Yorka apardım və mənzil aldım”.

Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən 4,5 milyon dollarlıq mənzil alınması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, mənzil alınması ilə bağlı Nyu-York banklarından biri ilə bir il təmasda olub:

“O bank vasitəsilə mən danışıqlar aparmışam. Hər bir dolların hesabatı var, bankın mənə köçürmələrə icazə verdiyinə dair evdə beş kiloqram kağız var. Mənzilləri almışam, inanmıram ki, bu, pis hərəkətdir. Böyük oğlum mənimlə burada, kiçik oğlum isə Nyu-Yorkda yaşayır. Bir ata kimi gərək mən də övladlarıma mülk alım”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net