Fevralın 24-dən martın 21-dək Rusiyanın ordusu təxminən 15 minə yaxın şəxsi itirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
Bundan əlavə, Rusiya ordusunun itirdikləri aşağıdakı kimi sadalanıb: tanklar - 498 ədəd, zirehli döyüş texnikası - 1535, artilleriya sistemləri - 240, MLRS - 80, hava hücumundan müdafiə sistemləri - 45, təyyarə - 97, helikopterlər - 121, nəqliyyat vasitələri - 969, gəmilər / qayıqlar - 3 , yanacaq-sürtkü materialları olan çənlər - 60, əməliyyat-taktiki səviyyəli PUA-lar - 24, xüsusi texnika - 13.