"Pervıy kanalı"n efirində "Müharibəyə yox!" plakatı açan redaktor saxlanılıb - VİDEO
Tarix: 15-03-2022, 00:47 | Çap et
"Pervıy kanalı"n efirində "Müharibəyə yox!" plakatı açan redaktor saxlanılıb - VİDEO

Rusiyanın “Pervıy kanal”ının efirində yayımlanan “Vremya” verilişində "Müharibəyə yox!" plakatı açan şəxsin kimliyi bilinib.

APA TASS-a istinadən xəbər verir ki, həmin şəxs kanalda redaktor vəzifəsində çalışan Marina Ovsyannikovadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, canlı efirdə "Müharibəyə yox!" plakatı açan şəxs artıq saxlanılıb.

Rusiyanın mərkəzi telekanallarından birində canlı yayım zamanı Ukraynadakı müharibəyə etiraz bildirilib.

APA xəbər verir ki, "Pervıy kanal"ın efirində "Vremya" xəbərlər proqramının yayımı zamanı aparıcının arxasında əlində plakat tutan qız peyda olub.

Plakatın üzərində “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılmış olub.

Həmin şəxsin kim olduğu və studiyaya necə girə bildiyi hələ məlum deyil.

Kanaldan insidentin baş verdiyi təsdiqlənib, araşdırma aparıldığı bildirilib.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net