Bakı rəhbərliyində DƏYİŞİKLİK ANONSU... - Əyalətdə də olacaq...
Tarix: 22-02-2022, 11:14 | Çap et
Bakı rəhbərliyində DƏYİŞİKLİK ANONSU... - Əyalətdə də olacaq...

Vertikal.az: - Artıq Azərbaycanda rayonların saylarının azaldılması prosesinə start verilib və ilk olaraq Gəncədən start götürən bu gedişatda sözügedən şəhərimizin Kəpəz və Nizami rayonlarının ləğvi planlaşdırılır. Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə iddia edir ki, paralel olaraq Bakıda da təmərküzləşmə prosesi düşünülsə də, belə bir radikal qərara yaxın günlərdə gedilməyəcək: "Əvəzində Bakı rayonlarının rəhbərliyinə yenidən əl gəzdiriləcək".

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Nizami və Nərimanov rayonlarına yeni icra başçıları təyin olundu. Bununla bağlı danışan mənbə dia.az-a bildirir ki, paytaxtın daha iki rayonunun da icra başçılarının yenilənməsi gözlənilir.

Onu da qeyd edək ki, dəyişikliklərin konkret hansı rayonlarda baş tutacağı haqda mənbə bilgi verməyib. Amma buna rəğmən əyalət rayonlarımızdan Samux və Lənkəranın da icra başçılarının yol üstündə olduğu açıqlanıb və mart ayına qədər hər iki rayonun başçısının istefaya göndəriləcəyi deyilir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net