Müdafiə nazirliyində YENİ HƏBS: Bu dəfə İdarə rəisinin qollarına QANDAL VURULDU - 3,5 milyon manat maddi ziyan...
Tarix: 21-02-2022, 12:47 | Çap et
Müdafiə nazirliyində YENİ HƏBS: Bu dəfə İdarə rəisinin qollarına QANDAL VURULDU - 3,5 milyon manat maddi ziyan...
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.Vertikal.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net