"Ukrayna ordusunda çaxnaşmaya səbəb olacaq zərbələr vurulacaq" - Rusiyalı general
Tarix: 15-02-2022, 14:42 | Çap et
"Ukrayna ordusunda çaxnaşmaya səbəb olacaq zərbələr vurulacaq" - Rusiyalı general

Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik pik həddə çatıb. Artıq son günlər Qərb mediasında müharibənin başlanacağı günlə bağlı konkret tarix də səsləndirilir.
Rusiya mətbuatı da "Ukrayna böhranı" ilə bağlı silsilə yazılar dərc edir, müharibə mövzusunu aktiv şəkildə müzakirəyə çıxarır.

Rusiya Silahlı Qüvvələri Baş qərargahının Baş Əməliyyat İdarəsinin keçmiş rəis müavini, general-leytenant Valeri Zaparenko deyib ki, eskalasiya baş verəcəyi təqdirdə Rusiya qarşı tərəfdə şok effekti və çaxnaşma yaradacaq hərbi əməliyyatları əl atacaq.

General-leytenantın sözlərinə görə, Qərb mediasında dərc olunan bütün planlar və xəritələr ötən illərin silahlı münaqişələrinin nümunələrini xatırladır. Eyni zamanda, 21-ci əsrdə ölkələrin müasir silahlı qüvvələri köhnə şablonlarla fəaliyyət göstərməyəcək. Xüsusən də Rusiya ordusu bu şəkildə hərəkət etməyi planlaşdırmır.

Zaparenko onu da vurğulayıb ki, Rusiya və Ukrayna döyüşlərə başlayarlarsa, Moskva müharibə aparmaq üçün əvvəlcədən hazırlanmış xüsusi üsul və ya üsullara əl atacaq. Onlar Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri arasında heyrətə səbəb olacaq ki, bu da düşmənin çaxnaşma içində qalmasını təmin edəcək.

- Müasir qarşıdurmalar heç də həmişə ordunun şəxsi heyətinin və infrastrukturunun məhvi ilə bağlı olmur. Hipotetik olaraq əgər münaqişə baş verərsə, Rusiya ordusu dövləti və hərbi idarəetməni iflic vəziyyətinə salmağa çalışacaq ki, bu da ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyini sarsıdacaq. Belə bir döyüşün mümkün variantlarından biri elektron müharibədən istifadə edərək kütləvi radioelektron zərbələrin tətbiqi olacaq,-General deyib.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
AzVision.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net