Azərbaycan Prezidentindən investorlara ÇAĞIRIŞ
Tarix: 11-02-2022, 14:42 | Çap et
Azərbaycan Prezidentindən investorlara ÇAĞIRIŞ
“Biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq”.

Bu fikirləri Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışarkən söyləyib.

Dövlətimizin başçısı bildirib ki, bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini görürük. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisin başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb.

Azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirən Prezident İlham Əliyev yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.

“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net