Ukrayna ordusu Rusiyanın Ukraynanın şimal sərhədinə yaxın Belarus ərazisindəki təlimlərinə cavab olaraq fevralın 10-da hərbi təlimlərə başlayacaq.
APA “Reuters’’ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli telekanala açıqlamasında deyib.
O bildirib ki, Ukrayna hərbçiləri davamlı olaraq müxtəlif təlimlərdə iştirak edirlər, lakin fevralın 10-dan “Bayraktar” pilotsuz uçuş aparatlarından (PUA) və xarici tərəfdaşların tədarük etdiyi tank əleyhinə “Javelin” və “NLAW” raketlərindən istifadə etməklə təlimlərə başlanılacaq.
Hərbi təlimlərin fevralın 20-dək davam etməsi planlaşdırılır.