Doğrudandamı, müştərinin şikayətləri veclərinə deyil?.. - GİLEY
Tarix: 7-01-2022, 11:17 | Çap et
Doğrudandamı, müştərinin şikayətləri veclərinə deyil?.. - GİLEY

"Şikayətim yenə də "Kapitalbank" və "Birkart" ilə bağlıdır". DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı gileyində Rəşad adlı istifadəçi qeyd edir.
Doğrudandamı, müştərinin şikayətləri veclərinə deyil?.. - GİLEY
Doğrudandamı, müştərinin şikayətləri veclərinə deyil?..

Narazı vətəndaş daha sonra yazır: "Deməli, birkart limiti 2400azn olan kartla 1700azn-lik TV alındıqdan sonra səhəri gün kart limitinin 1200azn-e endirilməsi ilə bağlı bildiriş gəldi. 196 ilə əlaqə saxlayıb problemi izah edib əgər limiti endirmək fikriniz var idisə kartla edilən əməliyyatları bloklamaliydiniz deyə bildirdim. Operatorlar məsələni çox səbrli şəkildə dinləyib eyni səbrlə və mədəni şəkildə bu problemin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini və limitin artırılması ilə bağlı kredit mütəxəssislərinin sizinlə əlaqə saxlayacağini bildirdilər. Hətta 1ci dəfə birbaşa kredit mütəxəssisinə yönləndirildiyim halda "başında problemi olan" bir xanım mənə heç imkan vermədən öz dediyini dedi və bu məsələ ilə bağlı 196-a müraciət etməli olduğumu bildirdi. Əlqərəz bir neçə dəfə müraciət etməyimə baxmayaraq çox "hörmətli" kredit mütəxəssislərindən hələ də bir xəbər yoxdur və ayın 10-na kimi ödənilməli məbləğ kimi 600azn+ üzəri məbləğ göstərilir limitin aşağı salınması səbəbindən. Maraqlıdır ki, "Kapital bank" bu barədə nə fikirləşir? Ordakı mütəxəssislərə heçmi müştəri ilə danışıq forması barədə təlim keçirilməyib? Doğrudandamı, müştərinin şikayətləri veclərinə deyil?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net