Dünyaca məşhur "Maske kimsin sen?" proqramı Türkiyənin "FOX TV"-də də yayımlanan kimi böyük qalmaqal baş verib.
Musavat.com bildirir ki, proqramın iki bölümü efirə getdiyi andan əksər tamaşaçılar bu verilişin bütpərəstlik və şeytanı təbliğ etməkdə ittiham edib.
Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-ün səslənən iddialarla bağlı araşdırma aparacağı bildirilir.
Qeyd edək ki, verilişi izləyən tamaşaçıların əksəriyyəti verilişin formatından irəli gələn maskaların qorxuducu olduğunu, ümumiyyətlə, layihənin uğursuz olduğunu qeyd ediblər və #Foxtvhaddinibil həştəqi ilə öz etirazlarını bildiriblər.
Qeyd edək ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcısı isə Tansel Öngeldir.
Musavat.com