13-cü ŞEYX GEDİR? - İLGİNC İDDİA
Tarix: 24-12-2021, 16:50 | Çap et
13-cü ŞEYX GEDİR? - İLGİNC İDDİA
Vertikal.az: - Adı kifayət qədər qalmaqallarda hallanan Şeyx Allahşükür Paşazadə nəhayətdə görəvini itira bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Xatırladaq ki, Azərbaycanın sayca 13-cü Şeyxi olan Allahşükür Paşazadə mövqeyində ömürlük hesab olunsa da, onun QMİ rəhbərliyindən uzaqlaşdırılmasını zəruri və hüquqi hesab edən prosedurlar da mövcuddur.

Bildirək ki, Allahşükür Paşazadə hələ sovet dönəmlərindən Azərbaycanda ruhani idarəyə rəhbərlik edir. Amma buna rəğmən onun hansısa dini cemədə bir ruhani sima olaraq kəsərli söz sahibi olmadığı da məlumdur.

Belə bir şəraitdə Azərbaycanın daha samballı və nüfuzlu dini xadimə ehtiyacı zərurətinin olduğunu bilə-biilə rahat şəkildə deyə bilərik ki, əslində QMİ-də dəyişiklik baş tutarsa, bunu həm sosial sifariş kimi qəbul etməliyik, həm də dövlətin maraqları çərçivəsində baş verən bir olay kimi...

Mənbə dia.az-a bildirir ki, gələn il QMİ-də sözügedən dəyişiklikıə yanaşı dini sistemdə dövlətin ciddi iştirakı - məhz milli-dini maraqlara söykənən zəruri müdaxiləsi də aşkar şəkildə hiss olunacaq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net