"Kişi üçün yaxşı yaşdır! Gənc dövlətin inamla qurulması. Dünya sivilizasiyasının dinamika və nisbətlərinin Azərbaycanın uzun inkişaf yoluna hesablanmış şəkildə dərk edilməsi. Kişi dostluğuna sədaqət. Və insanlıq miqyası. İlham Heydər oğlu, orta yaşa görə əla nəticədir!" – deyə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyov Azərbaycan lideri İlham Əliyevi birbaşa "Həftənin xəbərləri" proqramından özünəməxsus üslubda təbrik edib. "Sizin həyat yolunuz qarşıya qoyulan vəzifələrin icrasında məqsədyönlülük və uğur nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı kimi Rusiyada yaşayan bir çox insanlar da sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət və uğurlarınızın davamlı olmasını arzulayır", - deyə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Prezident İlham Əliyevə ünvanlanan təbriklərə qoşulub.
DİA.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Rusiyanın NTV kanalının Baş prodüseri Timur Vaynşteyn isə öz təbriklərini "Ostankino" telemərkəzindən çatdırıb: "İlham Əliyev tarix yazan insandır. Və onun parlaq siyasi əməllərinin, səriştəli beynəlxalq qərarlarının nümunəsində dünya tarixinin gələcək nəsillər tərəfindən öyrəniləcək yeni səhifələri yazılır. Gərək elə güclü, cəsarətli, özünəinamlı və ağıllı insan olasan ki, əvvəl tarixi öyrənib sonra onun bir parçasına çevrilə biləsən".
TASS-ın Baş direktoru Mixail Qusman əmindir ki, "Azərbaycanda bu ölkənin İlham Əliyevdən daha böyük təbliğatçısı və vurğunu yoxdur". Rusiya Federasiyası Jurnalistlər Biliyinin rəhbəri Vladimir Solovyov qeyd edib ki, siyasətçi üçün 60 yaş hələ başlanğıcdır: "Əminəm ki, sizin əsas nailiyyətləriniz hələ irəlidədir". "Rossiya" telekanalının xüsusi informasiya layihələri üzrə baş direktor müavini Sergey Brilyov Azərbaycan liderindən aldığı çoxsaylı müsahibələrin içində ilk söhbəti hələ də xatırlayır. Həmin gün İlham Əliyev prezident seçilib. "Sizin sayənizdə biz, dünya azərbaycanlıları Azərbaycan vətəndaşı adını fəxrlə daşıyırıq. Biz hər zaman Sizin yanınızdayıq", – deyə Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazov ürək sözlərini paylaşıb. "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov isə deyib ki, Azərbaycanda olarkən hər dəfə respublikanın necə dəyişdiyini, doğma Bakının necə müasir və gözoxşayan şəhərə çevrildiyini görüb qürur hissi keçirir. O, İlham Əliyevə Azərbaycan xalqının rifahı yolunda möhkəm cansağlığı və uzun ömür arzulayıb.