Gömrükdə kərə yağı fırıldağı: 3-cü ölkələrdən gətirilən yağ əsl kərə adıyla bazara necə girir? - MEXANİZM
Tarix: 16-12-2021, 14:56 | Çap et
Gömrükdə kərə yağı fırıldağı: 3-cü ölkələrdən gətirilən yağ əsl kərə adıyla bazara necə girir? - MEXANİZM

““Comtrade” bazası gömrükdə baş verən dəyişiklikləri izləmək baxımından yaxşı mənbədir. "Güzgü statistikası" ticarət tərəfdaşlarının təqdim etdiyi məlumatlarla bizim məlumatları tutuşdurmağa imkan yaradır.

Nümunə üçün kərə yağını (əmtəə kodu 040510) götürdüm və əsas ixracatçı ölkələrin məlumatları ilə bizim gömrüyün məlumatlarını tutuşdurdum”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

Gömrükdə kərə yağı fırıldağı: 3-cü ölkələrdən gətirilən yağ əsl kərə adıyla bazara necə girir? - MEXANİZM

O, 2020-ci ilin ilin yekunlarını təqdim edib:

1. Yeni Zelandiya gömrüyü göstərir ki, ötən il ərzində Azərbaycana təxminən 15.5 milyon dollar həcmində 3.7 min ton kərə yağı ixrac ediblər - hər kq 4.2 USD.

Azərbaycan gömrüyünün məlumatına görə, həmin dövrdə Yeni Zelandiyadan 34.4 mln. dollar dəyərində 7.1 min ton kərə yağı idxal edilib - hər kq 4.8 dollar.

2. Ukrayna gömrüyü göstərir ki, 2020-ci ildə Azərbaycana 12.9 mln. dollar dəyərində 2.9 min ton kərə yağı ixrac olunub - hər kq 4.4 dollar. Azərbaycan gömrüyünün həmin dövrü üzrə Ukraynadan kərə yağ idxalı göstəricisi belədir: 19.5 mln. dollarlıq 3.9 min ton - hər kq 5 dollar.

"Hər 2 ölkə üzrə qarşlıqlı statistikada oxşar tərəf budur ki, onlarda həm dəyər, həm də natural həcm etibarı ilə daha az göstərilir, bizdə əksinə daha çox. Az qala 2 dəfə fərq var. Hərçənd ki, hər kq hesabı ilə qiymətlər bir-birinə çox yaxındır”.

Bu nəticə niyə belədir?

Ekspertin fikrincə, əgər əvvəlki dövrlərdəki kimi az olsaydı, əsas ehtimal bu olacaqdı ki, “kölgə iqtisadiyyatı” idxalı gizlədir:

“İndiki nəticənin izahı nədir? Gömrüyün şəffaflaşmasının nəticəsimi? Yoxsa idxalatçılar saxta sənədlər əsasında 3-cü ölkələrdən aldıqları məhsulu bu 2 ölkənin adına rəsmiləşdirməyə imkan tapır?

Tək Ukraynaya qalsaydı, ciddi şəffaflıq problemi olan postsovet ölkəsi kimi dərhal razılaşmaq olardı. Amma Yeni Zelandiya inkişaf etmiş ölkədir, bu qədər geniş miqyasda statistika saxtakarlığına və “kölgə iqtisadiyyatı”na malik olması real görünmür”.

Cebhe.info




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net