Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə həsr edilən dinləmə keçiriləcək.
Vertikal.az "Report"a istinadən verdiyi xəbərə görə, layihə dekabrın 17-də parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Media haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 14-də keçirilən iclasında birinci oxunuşda qəbul olunub.