MM-də jurnalistlərin iştirakı ilə “Media haqqında” qanun layihəsi daha geniş formatda müzakirə olunacaq
“Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük”.
Vertikal.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, hazırda yeganə məqsədimiz Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.
Sədr Sahibə Qafarova bildirib ki, biz bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla danışıb: “Tarix müəyyənləşdiriləcək və yenə də media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”.