ADAU rektorunu nəhayət ki yerindən TƏRPƏDİRLƏR... - İDDİA
Tarix: 8-12-2021, 16:20 | Çap et
ADAU rektorunu nəhayət ki yerindən TƏRPƏDİRLƏR... - İDDİA
Vertikal/az: - Gəncə Aqrar Universitetinin (ADAU) rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a KTN-dəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, konkret olaraq nazir İnam Kərimov bu məsələ ilə bağlı göstərişlərini verib.

Mənbənin dia.az-a söylədikləri:

"Burada məsələ tədarükdən gedir və belə anlaşılır ki, İnam Kərimov İbrahim Cəfərovla yollarını ayırmaq qərarına gəlib".

Xatırladaq ki, son günlər yerli KİV-də İbrahim Cəfərovla bağlı neqativ faktlar yerli KİV-də daha çox ictimailəşib. Hətta həmin xəbərlərin birində deyilirdi ki, yoldaş Cəfərov ADAU-da özünü o qədər rahat hiss edir ki, hətta "İnam Kərimov məndən uşaqdır, mən nə deyirəmsə razılaşır..." deyərək öyünübmüş də.

İndi isə aydın olur ki, məsələ heç də yaşda deyilmiş...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinıəməyə hazırıq...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net