Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.
Milli Məclisin iclasında, həmçinin 2022-ci il üçün ehtiyac meyarının həddi də təsdiqlənib. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilib.
Bu qanunlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.