“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Tarix: 30-11-2021, 12:29 | Çap et
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir

“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var”.
Bu sözləri Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Mansurov Elçin Elşən oğlunun qardaşı Mansurlu Rövşən Bizimyol.info-ya müraciəti zamanı bildirib. O, qeyd edib ki, qardaşı şəhidlik zirvəsinə yüksəlməmişdən öncə işləyirdi və ailəyə baxırdı.

“Özüm ali təhsilli tarix müəllimiyəm. Qardaşım rəhmətə getdikdən sonra çarəsiz qalmışıq. Mən günəmuzd işləməklə ailəni dolandırmağa çalışıram. Daimi, rəsmi işim yoxdur.

İşlə bağlı İcra Hakimiyyətinə müraciət etmişəm. Qeydiyyatım Yardımlı rayonuna olduğu üçün orada iş təklif ediblər, amma gedə bilməmişəm. Çünki əmək haqqı çox aşağı idi. Dövlət Məşğulluq Agentliyinə də müraciət etmişəm, hətta qeydiyyata da alınmışam. Ordan da 200-250 manatlıq işlərə yönləndirirlər. Amma mən o məbləğlə ailəmi necə dolandırım.

Tək istəyim iş tapa bilmək, ailəmi bu çətin vəziyyətdən çıxarda bilməkdir”.
Bizimyol.info




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net