Köhnə binalar nə vaxt SÖKÜLƏCƏK? - VİDEO
Tarix: 26-10-2021, 13:40 | Çap et
Köhnə binalar nə vaxt SÖKÜLƏCƏK? - VİDEO
Bakının az qala bütün qəsəbələri üzrə gedən genişmiqyaslı tikinti işləri son illər köhnə, istismar müddəti bitmiş, qəzalı binaların sökülməsi və onların sayının azalması ilə nəticələnib.

Lakin hələ də şəhərimizdə öz istismar dövrünü başa vurmuş və sökülmə növbəsini gözləyən binalar var və belə binaların sayı 100-dən artıqdır. Bəs sovet hakimiyyəti dövründə, 1963-cü ildən istifadəyə verilmiş, “Xruşov” layihəli uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzər Xəbər”ə danışıb.

O təsdiqləyib ki, müəyyən məhdud müddətdə istifadə üçün nəzərdə tutulmuş və hazırda yaşı ən azı 60-ı ötmüş binalar bir çox parametrlərinə görə normal yaşayış standartlarına cavab vermir.

Ekspert deyir ki, istismar dövrünü başa vurmuş belə binaların tikintisində istifadə olunmuş materialların yüksək radioaktivliyi də sakinlərin səhhətinə zərər vurur. Belə binaların bəziləri hətta qəzalı vəziyyətdə olan binalar siyahısına da düşüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, onlar müvafiq icra hakimiyyətlərinin sifarişi ilə binalarda yoxlamalar aparıb, tikilinin vəziyyəti ilə bağlı rəy hazırlayırlar. İstismar dövrü bitmiş binaların qeydiyyatını isə icra hakimiyyətləri aparır. Bakı Şəhər Kommunal Departamentindən isə bildirildi ki, istismar dövrünün bitməsi ilə bağlı müvafiq rəyləri olan binaların sayı 100-dən artıqdır və onlarla bağlı Nazirlər Kabinetinə hesabat verilib.






Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net