Prezidentin Zəngilanda dinlədiyi “Ey Vətən” mahnısının tarixçəsi: Flora Kərimova ağlayaraq ifa etdi, Rəşid Behbudovun isə... VİDEO
Tarix: 22-10-2021, 14:38 | Çap et

Prezident İlham Əliyev Zəngilan səfəri zamanı Azərbaycan Radiosunda İlhamə Qasımovanın ifasında səslənən “Ey Vətən” mahnısını dinləyib. Sözügedən görüntüləri sosial şəbəkədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva paylaşıb. Həmin anlar istər sosial şəbəkə istifadəçiləri, istərsə də media tərəfindən maraqla qarşılanıb və tirajlanıb.



Bəs, Prezidentin Zəngilanda dinlədiyi “Ey vətən” mahnısı necə yaranıb? Tarixçəsi, müəllifləri kimlərdir?


Azərbaycana həsr olunan patriaktik mövzuda yazılan ən dəyərli əsərlərdən biridir. “Ey Vətən” adı ilə tanınan bəstənin əsl adı “Nəğmə dolu bir ürəyəm”dir, mahnının sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsusdur. “Ey vətən”in mübahisəli, zəngin bir tarixçəsi var və E.İbrahimovanın yaradıcılığının zirvəsi sayılır. Bəstəkarın ən sevdiyi əsəri olduğu üçün hətta onun qəbir daşında da mahnının sözləri yazılıb.

İlk ifaçısı 1975-ci ildə Flora Kərimova olub. “Ey Vətən” haqqında danışan Xalq artisti bildirir ki, sözügedən bəstəni gözyaşları içərisində ifa edib.


Prezidentin Zəngilanda dinlədiyi “Ey Vətən” mahnısının tarixçəsi: Flora Kərimova ağlayaraq ifa etdi, Rəşid Behbudovun isə... VİDEO
Daha sonra isə ”Ey vətən” mahnısını 27 yaşlı Akif İslamzadə ifa edib. Onun ifası üçün mahnıya Faiq Sücəddinov bəzi skripka partiyalarının motivlərini əlavə edib.

Lakin bəstə ən populyar dövrünü Rəşid Behbudovun ifası zamanı yaşayıb. Mahnı onun ifası üçün həm müasir, həm də milli motivlər əsasında aranjeman edilib. Bəstənin növbəti dəfə uğur qazanmasına da Rəşid Behbudovun məlahətli səsi ilə yanaşı dövrü ilə səsləşən janrda aranjeman olunması səbəb olub. R. Behbudovun ifası ilə “Ey Vətən” dünyada məşhurlaşıb.


Müasir dövrümüzdə isə “Ey Vətən”ə müğənni İlhamə Qasımova müraciət edib. O, “Yeni ulduz” müsabiqəsinin vətənpərvərlik həftəsi üçün “Ey Vətən”i canlı ifa edib. Onun ifası müasir estradamızda xüsusi iz qoyub. Məhz Prezident İlham Əliyev Zəngilanda “Ey Vətən”i İlhamə Qasımovanın ifasında dinləyib.

Müğənni İlhamə Qasımova isə Prezidentin onun ifasını dinlədiyi görüntüləri sosial şəbəkədə paylaşaraq öz hisslərini bölüşüb:

“Əziz Prezidentimiz, Ali Baş Komandanımız! Çox sağ olun, torpaqlarımız üçün, doğma vətənimizin illərdir işğal altında olan gözəl guşələrini düşməndən azad edərək yenidən bizlərə görmək imkanını yaratdığınız üçün. Və əziz Birinci Vitse-prezidentimiz Mehriban xanımla belə paylaşımlar edərək, bu görüntülərlə bizi qürurlandırdığınız üçün. Çox sağ olun! Təşəkkürümüz sonsuzdur! Allah həmişə kömək olsun”.





Xəbərlər
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net