Yol üstündə olan icra başçıları... - ADLAR
Tarix: 11-10-2021, 16:40 | Çap et
Yol üstündə olan icra başçıları... - ADLAR
vertikal az: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq. Bununla bağlı yeni informasiyalar əldə etmişik.

Belə ki, DİA.AZ-a danışan mənbənin iddialarına görə, bu həftə ərzində icra başçısı dəyişikliyinin ilk start düyməsi basıla bilər.

Mənbə deyir ki, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları da daxil olub.

İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

- Tovuzun icra başçısı Məmməd Məmmədov
- Astaranın icra başçısı Qəzənfər Ağayev
- Samuxun icra başçısı Alı Qocayev
- Qəbələnin icra başçısı Səbuhi Abdullayev

Mənbə deyir ki, bu icra başçılarından bəzilərinin həbsi belə gözləniləndir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net