Saakaşvilinin polis tərəfindən tutulma anı
Tarix: 1-10-2021, 21:19 | Çap et
Saakaşvilinin polis tərəfindən tutulma anı

Gürcüstan mətbuatı ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq təcridxanaya gətirilən Mixail Saakaşvilinin görüntülərini yayımlayıb.


20:53

Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı təcridxananın qarşısına toplaşır.

Bir neçə saat əvvəl Gürcüstanda saxlanılan Mixail Saakaşvilinin Tiflisdəki təcridxanada saxlanıldığı iddia edilir.

Mənbə yazır ki, bu dəqiqələrdə M. Saakaşvilinin tərəfdarları siyasətçinin saxlanıldığı “Matrosovski təcridxana”nın qarşısına toplaşırlar.

Mənbə: İptv.ge

20:13

Batumi şəhərində olduğu iddia edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə məlumat verib.

Baş nazir bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarətdə saxlanılıb.

İ. Qaribaşvili Gürcüstanın daxili işlər nazirinin və Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbərlərinə minnətdarlığını ifadə edib.

Mənbə: “Ekhokavkaza”




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net