COVID-19 pasportunun yoxlanılması universitetlərdə sıxlıq yaratdı
Tarix: 29-09-2021, 09:37 | Çap et
COVID-19 pasportunun yoxlanılması universitetlərdə sıxlıq yaratdı
Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Oxu.Az xəbər verir ki, ənənəvi təhsilin bərpası artıq paytaxt Bakıda sonu görünməyən tıxaclar yaradıb.

Bununla yanaşı, ali təhsil müəssisələrində tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda uzun növbələrin və ya daha sadə dillə desək, xaosun yaranmasına səbəb olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində, Milli Konservatoriya nəzdində Musiqi Kollecində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də bu hal yaşanıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net