İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib
Tarix: 9-09-2021, 18:06 | Çap et
İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu göndərib.
Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, məktubda deyilir:

"Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net