Azərbaycanda son gündə koronavirusdan sağalanların sayı yoluxmanı ötüb
Tarix: 1-09-2021, 19:10 | Çap et

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test icra olunub.Azərbaycanda son gündə koronavirusdan sağalanların sayı yoluxmanı ötüb




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net