"Bu, ən qabaqçıl və inkişaf etmiş PUA-dır" - "Akıncı" fransızları heyrətləndirib
Tarix: 31-08-2021, 16:41 | Çap et
"Bu, ən qabaqçıl və inkişaf etmiş PUA-dır" - "Akıncı" fransızları heyrətləndirib

Səlçuk Bayraktarın rəhbərliyi ilə "Baykar" şirkəti tərəfindən hazırlanan "Akıncı" PUA Fransa və ABŞ-da gündəmə çevrilib.

Avropa.info xəbər verir ki, "Akıncı"nın Türkiyə ordusunun invertarına qatılması Fransa mediasında, "Türkiyə PUA texnalogiyasında ilk 3 ölkə arasında" başlığı ilə təqdim olunub.

Fransa mətbuatında yer alan başqa bir xəbərdə isə, "Türkiyənin bu günə qədərki ən qabaqcıl pilotsuz uçuş aparatı "Akıncı" başlığından istifadə edilib.

"Türk ordusu indiyə qədər istehsal edilən ən qabaqcıl və inkişaf etmiş pilotsuz uçuş aparatı ilə özünü bu sahədə sübut edərək donanmasını genişləndirir",- deyə xəbərdə qeyd olunur.

ABŞ-ın "Bloomberg" agentliyi isə "Türkiyə hərbi invertarına yüksək inkişaf etmiş İnsansız Hava Vasitələri əlavə etdi" başlıqlı xəbərlə "Bayraktar Akıncı"ya diqqət çəkib.

Xəbərdə "Bayraktar Akıncı"nın, mövcud pilotsuz uçuş aparatlarından daha yüksək uçaraq havada daha uzun müddət qala biləcəyi vurğulanıb.

ABŞ-ın "Forbes" jurnalı "Bayraktar Akıncı"nı Türkiyənin indiyə qədər hazırladığı ən əhatəli pilotsuz uçuş aparatı olaraq xarakterizə etdi.

""Akıncı"nın ən təsiredici xüsusiyyətinin rabitə və radar sistemləridir", - deyə "Forbes"in yazısında qeyd olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net