Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib
Tarix: 27-08-2021, 18:33 | Çap et

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.
Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib
Bununla bağlı Mehriban Əliyeva “İnstagram” hesabında paylaşım edib.

Deputat: “Prezidentin Kəlbəcər və Laçında səsləndirdiyi fikirlər Azərbaycanın strateji hədəflərinə doğru addım-addım irəlilədiyini göstərir”

Paylaşımda deyilir:

“Hörmətli bacılar və qardaşlar!

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!

Sevgilərlə,

Sizin MEHRİBAN”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net