ATU-nun dosenti yoluxma sayını şübhə altına aldı: - ““Rəqəmlərin rəqsi”nə bənzəyir”
Tarix: 7-08-2021, 17:49 | Çap et
ATU-nun dosenti yoluxma sayını şübhə altına aldı: - ““Rəqəmlərin rəqsi”nə bənzəyir”

Məlumdur ki, avqust ayının 10-dan etibarən ölkəmizdə məhərrəmlik ayı başlayacaq.

Ənənəyə uyğun olaraq toyların keçirilməsi həmin ayda dayandırılır. Mütəxəssislərin əksərinin fikrincə, koronavirusa yoluxma əsasən toy şənliklərində baş verdiyi üçün yoluxma bu aydan etibarən azala bilər. Hələlik isə artımın 1000-i də üstələdiyini görürük. Belə ki, ötən günün statistikasında Azərbaycanda koronavirusa 1242 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.

Mövzu ilə bağlı Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. Dosent bildirib ki, insanlar arasında virusa kütləvi yoluxmanın əsas mənbələri srasında təkcə toylar deyil, ictimai nəqliyyat, xüsusən avtobuslar da var:

"Hesabla məhərrəmlik ayında yoluxma azalmalıdır. Amma bu cür artım daha çox “rəqəmlərin rəqsi”nə oxşayır. Daha düzü, rəqəmlər üzərində manipulyasiyalara bənzəyir".

Dosent deyir ki, hazırda ölkədə kütləvi tədbirlər yoxdur. 6 iyunda Azərbaycanda “Formula 1” Qran Prisinin keçirildiyi zamanı xaricdən çox sayda qonaqlar, azarkeşlər gəlib. Amma həmin vaxtı yoluxma ikirəqəmliyə düşüb:

"Yarışlar zamanı yoluxma ikirəqəmliyə düşdü, indi isə dördrəqəmli oldu. Əgər xaricdən gələnlər virusu gətirmişdisə, deməli, o vaxtdan iki həftə sonra rəqəmlər yüksəlməliydi. Bütün bunlar göstərir ki, heç də hər şey epidemioloji qanunauyğunluqlara görə deyil, rəqəmlərin rəqsinə bənzəyir".




Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net