ATU-nun dosentindən İDDİA: - “Delta” ştammı artıq Azərbaycana gəlib”
Tarix: 8-07-2021, 17:00 | Çap et
"Virusun “Delta” ştammının Azərbaycana gəlməsinin qarşısını almaq qeyri-mümkündür.

Çünki ölkədən beynəlxalq uçuşlar həyata keçirilir. "Delta” ştammının ölkədə olub-olmamasını yoxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən yüksək səviyyəli laboratoriyalar var. Lakin bundan qorunmanın əsas yolu vaksinasiyadır.

Bu gün ÜST-ün siyahısında olan bütün peyvəndələr ağır xəstəliklərin, ölümün qarşısını almaq üçün effektivdir”.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
ATU-nun dosentindən İDDİA: - “Delta” ştammı artıq Azərbaycana gəlib”
Sözügedən açıqlamadan sonra virusun yeni ştammının Azərbaycana nə vaxt gələcəyi sual doğurur. Bununla bağlı Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb:

“Hesab edirəm ki, virusun “Delta” ştammı artıq Azərbaycana gəlib. Bu, mənim öz fikrimdir. ÜST-ün nümayəndəsi Hande Harmançının açıqlamasında da aydın şəkildə deyilir ki, sözügedən ştamm Azərbaycana böyük ehtimalla gələcək. “Delta” ştammının iki dəfə çox yoluxuculuq qabiliyyəti olduğu deyilir, amma bu barədə məsələlər tam şəkildə öyrənilməyib. Fikrimcə, sözügedən ştamm əvvəlki ştammlardan elə də qorxulu deyil”.

Virusun Azərbaycana necə gəlməsi barədə suala mütəxəssis belə cavab verib:

“Fakt budur ki, hazırda xarici ölkələrindən Azərbaycana beynəlxalq uçuşlar həyata keçirilir, insanlar gəlir. Bu zaman həmin insan axını ilə virusun yayılma ehtimalı da böyük olur. Bu, qarşısıalınmaz prosesdir. Bildirim ki, virusun ölkəmizə gəlməsini heç nə əngəlləyə bilməz.

Bunun qarşısını nə Dövlət Gömrük Komitəsi, nə də digər vasitələr saxlaya biləcək, mümkün deyil. Çox güman ki, gələn həftədən ölkəmizdə koronavirusla bağlı sərtləşməyə gediləcək. Çünki qeyd etdiyim vaxtdan etibarən virusa yoluxmanın iki- üç dəfə artması gözlənilir.

Artıq ötən gündən virusa yoluxanların sayı sağalanların sayını ötüb. Azərbaycanda yeni ştammın gəlməsilə bağlı diaqnostika hələ təmin edilməyib. Əgər bununla bağlı diaqnostika təmin edilsə, virus dəqiq şəkildə aşkarlana bilər”.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net