Dənizin sahilindəki Pirşağı suya həsrət qalıb - Video
Tarix: 5-07-2021, 16:06 | Çap et
Dənizin sahilindəki Pirşağı suya həsrət qalıb - Video

Pirşağı sakinləri 30 ildir ki, su problemi yaşayır. Bəli, səhv oxumadınız, Pirşağı sakinləri. Bakıının dənizkənarı qəsəbələrindən olan Pirşağı qəsəbəsində yay aylarında su qəhətə çıxır.
Sakinlər bildirir ki, bu problem uzun illərdir ki, var. Aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də, Pirşağılıları eşidən demək olar ki, yoxdur. Düzdür qəsəbəyə yeni su xəttləri çəkilib, yeni sayğaclar qoyulub. Amma çifayda, ki, su verilmir. Bu problem bütün yay boyu yaşanır. Su, kəndə saatla və zəif təzyiqlə verilir. Suyun təzyiqi o qədər zəif olur ki, sadəcə baxıb and içə bilərsən ki, bəli su var idi.

Qəsəbə sakinləri iddia edir ki, qəsəbənin “imkanlılar” yaşayan ərazilərində daima su var. Sabunçu Su Kanal İdarəsinin rəisi, xüsusi olaraq, imkanlı şəxslərin yaşadığı məhlələri ərazi üzrə nəzarətçiləri tapşırır ki, “filan müəllim filan ərazidə yaşayır, o məhləyə hər zaman su verin”.

Pirşağı sakinləri qəsəbənin suya həsrət qalması ilə bağlı ölkə ötən il ölkə başçısına da məktub ünvanlayıblar. Şikayət ediblər ki, yardım edilən suyun maşınını 354 manata alırıq. Ancaq, bu da öz nəticəsini verməyib.

“Azərsu” ASC –yə müarciət edəndə isə sakinlərə ya “veriləcək” deyilir ki, ya da ki, “yoxdur”. Qəsəbə sakinləri artıq kimə ümid bəsləyəcəkələrini bilmirlər. Ölkədə koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda suyu kənd sakinlərindən “oğurlayıb” sadəcə bağlarında “keyif sürən müəllimlərə” yönəltmək, sadəcə Allahsızlıqdır. Qəsəbə sakinləri hesab edirdi ki, “Azərsu” ASC-nin rəhbəri işdən azad ediləndən sonra bəlkə kənd yeni gələnlərin yadına düşər. Ancaq hələ ki, Pirşağı adlı kənddə sakinlərin suya həsrət qalması heç kimi maraqlandırmır.

Ötən həftə sakinlər toplanıb yolu bağlayıb, su tələb etdilər. Nə olsun, polis gəlib aksiyanı dağıtdı, sakinlərə də su verilmədi və əvəzində sadəcə söz verildi. Yalan sözlərin verildiyi bir ölkənin vətəndaşı olmaq qədər susuz qalmaq da ağrıdıcıdır.

Xatırladaq ki, bir müddət əvvəl ölkə başçısı kəndə baş çəkib, kəndin abadlaşdırıması üçün müəyyən tapşırıqlar verib. Düzdür icra hakimiyyəti abadlaşdırma ilə məşğuldur, amma su olmayan kənd abadlaşdırlsa nə olacaq, abadlaşdırılmasa nə....

Ölkə başçısı, Bakı kəndlərinə su və kanalizasiya sisteminin çəkilməsi və bərpası ilə bağlı vəsait ayrılsa da, görünən budur ki, həmin vəsait elə su kimi kimlərinsə cibinə axıb.


Mövzuya qayıdacağıq...

İlahin

Bizimyol.info




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net