Ərdoğan: "Şuşada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq"
Tarix: 25-06-2021, 18:12 | Çap et
Ərdoğan: "Şuşada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq"

“Ötən günlərdə Şuşaya gedərək, orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda qapalı stadionun açılışı mərasimindəki çıxışında bildirib.

“Ölkəmizə qurmaq istədikləri tələni yerlə yeksan etdik. Ssenariləri boşa çıxdı. Ötən günlərdə Şuşaya gedərək orada qardaşlarımızın qurtuluş sevincinə ortaq olduq. İndi eyni yaxınlaşma ilə başqa yerlərdə, yeni addımların hazırlıqlarını görürük.

Əgər Türkiyə xaricdə belə güclü təhlükəsizlik qurşağı yaratmasa, vətən torpaqlarında hüzur və rifah içində yaşamağımza imkan verməzlər”, - Türkiyə prezidenti vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net