İcra başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb- FOTOLAR
Tarix: 25-06-2021, 16:36 | Çap et

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb.

İcra hakimiyyətindən Musavat.com-a verilən məlumata görə, RİH başçısı “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadullayeviç və şəhid Xəlilov Ruhin Müzəffər oğlunun evinə gedərək onların ailə üzvləri, eləcə də övladları ilə görüşüb, qayğıları və problemləri ilə maraqlanıb.
İcra başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb- FOTOLAR
Şəhid övladlarını sevindirən başçı Azərbaycanın gələcəyini – gül balaları qorumağın hamımızın borcu olduğunu qeyd edib. Ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunu qeyd edən RİH başçısı Abşeron rayonunda fidanlarımızın həm təhsil sahəsi üzrə, həm də asüdə vaxtlarının keçirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.

Dövlət tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi istiqamətində bütün tədbirlərin görüldüyünü vurğulayan başçı deyib ki, şəhidlərimiz ona görə öz canlarından keçdilər ki, bütöv Azərbaycanda gələcəyimiz olan uşaqlarımız təhlükəsiz şəraitdə yaşayıb böyüsünlər.

Şəhid ailələri də Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Musavat.com

İcra başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb- FOTOLAR




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net