Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadənin şeirini söylədi - VİDEO
Tarix: 16-06-2021, 16:43 | Çap et

"Sözlərimə böyük şair Bəxtiyar Vahabzadənin şeirinin misraları ilə yekun vurmaq istəyirəm".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Ərdoğanın Parlamentdə dediyi misraları təqdim edirik:

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan - Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan - Türkiyə.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net