“Absheron Hotel” 4 hotelinə bir direktor söhbətinə son qoyur – TƏYİNATLAR
Tarix: 16-06-2021, 15:30 | Çap et
“Absheron Hotel” 4 hotelinə bir direktor söhbətinə son qoyur – TƏYİNATLAR

Ölkənin ən böyük otel şəbəkəsi “ABSHERON Hotel Group” MMC-yə daxil olan hotellərin bir şəxs tərəfindən rəhbərliyinə son qoyulur. Törəmə şirkətlərin baş direktor/baş menecerləri dəyişib.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, buna qədər isə Səidə Baxşiyeva Əflatun qızı 4 hotel şirkətinin rəhbərli vəzifəsindən azad edilib.

Bildirməliyik ki, Bakı Bulvarında yerləşən bu hotel hazırda “Marriot” brendi ilə fəaliyyət göstərir.

Patrıck Johannes “Baku Boulevard Hotel Company” MMC-nin, Elşən Qurbanəliyev Malikoviç “Shahdag Hotel Company” MMC və “Yeni Bilgəh Hoteli” MMC-yə, Sevda Məmmədova Yasın qızı “Yeni İntourist Hotel Company” MMC-yə baş direktor təyin edilmişdir.

Lakin o da qeyd edilməlidir ki, Baxşıyeva “Baku Hospitality Company” MMC şirkətlərin, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru (“Bakı XXI Əsr” MMC) vəzifəsində rəsmi olaraq qalmaqdadır.

S.Baxşiyeva hazırda ana şirkət “PAŞA Holding” MMC-nin aqrar sahədə yenicə brend qazanan nəhəng şirkəti “Agro Diary” MMC-nin Baş maliyyə inzibatçısıdır. Bu vəzifəni eyni ilə 2020-ci ilin iyununa qədər “Absheron Hotel Group”da daşımışdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net