19 yaşlı azərbaycanlının Rusiyada amansız qətli!- Səfirlik niyə müdaxilə etmir?
Tarix: 7-06-2021, 16:41 | Çap et
19 yaşlı azərbaycanlının Rusiyada amansız qətli!- Səfirlik niyə müdaxilə etmir?
Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən azərbaycanlı Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib. Sosial şəbəkələrdə baş vermiş hadisənin yayılan görüntüləri zamanı yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı görünür. Başından ağır yaralanan həmyerlimiz mayın 30-da xəstəxanada vəfat edib.


Baş verənlərlə bağlı Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Həmçinin Azərbaycan Rus İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatla çıxış edib.

Tanınmış jurnalist Fuad Abbasov 19 yaşlı gəncin ölümü ilə bağlı “Şərq” TV-nin qonağı olub.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinin bu olaylara hər hansı bir şəkildə reaksiya verməsi ölkələrarası diplomatik əlaqələrə ziyan vura bilər:

“Çünki Vəkil Abdullayev Gürcüstanda doğulsa da, Rusiya vətəndaşıdır. Azərbaycanın bu hadisələrə hansısa şəkildə müdaxilə etməsi Rusiyanın daxili işlərinə qarışmaq mənasını verir. Nəticədə Rusiya nota göndərə bilər ki, Azərbaycan nə üçün onun daxili işlərinə qarışır? İnsanlarımız bəzən emosional davranırlar, deyirlər ki, səfirlik mütləq şəkildə müdaxilə etməlidir. Lakin diplomatik etika deyilən bir anlayış var.

Azərbaycandakı rus icması və bir çox ictimai xadim Rusiya prezidenti Putinə məktub göndərdilər. Məktubda müəyyən etirazlar var idi. Bunu Azərbaycanda yaşayan rus icması istəyirdi və onların haqqıdır. Çünki biz ictiamiyyət olaraq müəyyən tələblər edə bilərik, lakin dövlət olaraq bu tələblər qeyri-qanunidir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net